Malavidə azyaşlı qızlarla cinsi əlaqəyə girmək üçün kirayələnən HİV daşıyıcısı prezidentin sərəncamı ilə həbs edilib. Malavidə azyaşlı qızlarla cinsi əlaqəyə girmək üçün kirayələnən HİV daşıyıcısı prezidentin sərəncamı ilə həbs edilib.

Bakirəliyi pozmaq üçün kirayələnən HİV daşıyıcısı həbs olundu

Malavidə azyaşlı qızlarla cinsi əlaqəyə girmək üçün kirayələnən HİV daşıyıcısı prezidentin sərəncamı ilə həbs edilib.



Malavidə "kaftar" kimi tanınan seks işçisi Eric Aniva haqqında keçən həftə BBC-də geniş məqalə dərc edilmişdi.

O, BBC-ə bildirib ki, onu kirayələyənlərə HİV-ə yoluxması barədə heç nə deməyib.
Ölkə başçısı Peter Mutharika bildirib ki, polis onun etiraf etdiyi əxlaqsızlığa görə araşdırma apararaq ona qarşı ittiham irəli sürməlidir.

Malavidəki cinsi "təmizləmə ənənəsi" barədə yazı hazırlamış BBC müxbiri Ed Butler bildirir ki, ölkənin cənubundakı bəzi ucqar bölgələrdə qızların ilk aybaşından sonra kişi ilə cinsi əlaqəyə girməsi ənənəsi mövcuddur.

Qızlardan bəzilərinin 12 yaşı var, məlumatda deyilir.
Malavi mədəniyyətində "kaftar" adətən dul qadın və ya uşağı olmayan evli qadınla cinsi əlaqəyə girən kişiyə deyilir.

Həmçinin oxuyun: Bakirəliyi pozmaq üçün kirayələnən kişi