İşləməmək üçün ayağını mişarla kəsdi

Avstraliya sakini işləməmək və əvvəlkitək müavinət almaq üçün orijinal çıxış yolu tapıb. O, bu addımı növbəti tibbi yoxlanışa iki saat qalmış atıb. Məhz bu müayinə zamanı onun əmək qabiliyyətli olub-olmamasına qərar verilməli idi.

Məsələni tez həll etmək və iş problemini "birdəfəlik çözmək üçün" o, elektrik mişarla dabanını kəsir. Xəstəxanaya çatdırılan yaralının dabanını həkimlər yerinə tikə bilmirlər. Beləliklə kişinin iki problemi bildəfəlik həll edilir. O, əmək qabiliyyətini itirmiş hesab edilir və müavinət almaq hüququ qazanır.

İnci
AzNew.az