19 il sonra bildi ki, həyat yoldaşı kişidir

Belçika sakini 19 illik xoşbəxt evlilikdən sonra acı həqiqəti öyrənib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 64 yaşlı Yan, həyat yoldaşının əvvəl kişi olduğunun 19 ildən sonra aşkarlayıb və şoka düşüb.

O, 1993-cü ildə Monika adlı bir qızla evləndiyini deyib və bu günə qədər heç bir şübhəli məqam hissi etmədiyini bildirib. Yan qeyd edib ki, o həyat yoldaşında son iki ildə dəyişiklər hiss edib və məsələni araşdırmağa başlayıb.

Öyrənib ki, onun barəsində əvvəllər kişi olması ilə bağlı söz-söhbət gəzir. Daha sonra məsələni həyat yoldaşı ilə dəqiqləşdirən Yan ayrılmaq qərarına gəlib.

Sadiq Musa
AzNews.az