İbrahim Tatlısəs olayının əsas "qəhrəman"ı olan Nuridə Küskün AzNews.az-a "kosmos"dan ismarış göndərib. Onun əməkdaşımız Fuad Mədətovun şəxsi telefonuna yazdığı SMS-də deyilir: "Ya gəlib üzr istəyin, ya da kosmosdan sizə uğursuzluq göndərəcəm. Diz çökəcəksiniz. Onda biləcəksiniz qüvvə nədir?"
Xatırladaq ki, Nuridə Küskün əməkdaşımız Mahir Hüseynbəylinin "İbrahimi "öldürən" və "dirildən" Bakı" yazısından sonra qəzəblənib.