Heyvanlara təcavüzün 25 min avroluq CƏZASI

Almaniyada heyvanların hüquqlarını müdafiə etmək üçün yeni qərar qəbul ediləcək. Belə ki, Almaniyanın hakimiyyət orqanları bu vaxta qədər ölkədə heyvanların insanlar tərəfindən təcavüzə məruz qalmasını önləyən qanunun olmadığının fərqinə varıb.

AzNews.az BBC - yə istinadən bildirir ki, Almaniyada zoofiliyaya (heyvanlarla cinsi əlaqə) cəhd edənlər ciddi şəkildə cəzalandırılacaq. Yeni qanun layihəsi parlamentin kənd təsərrüfatı komissiyasında müzakirəyə çıxarılacaq. 14 dekabrda səsvermənin keçiriləcəyi gözlənilir.

Maraqlıdır ki, ölkədə zoofiliyaya bu zamana qədər müəyyən mənada imkan verilib. Yəni heyvanlara ziyan vurulmadığı təqdirdə bunu edən şəxs cəzalandırılmayıb. Ancaq heyvansevərlər belə qərara gəliblər ki, ölkədə heyvanlara qarşı vəziyyət belə davam edə bilməz.

Yeni layihəyə görə, başqa biloloji varlığa ceksual xarakterli hərəkətlər edən şəxs 25 min avro cərimə ediləcək.

Elnarə Əlosmanqızı
AzNews.az