Rusiya prezidenti Vladimir Putinin gizlin ailəsi barədə məlumat yayılıb. Rusiya prezidenti Vladimir Putinin gizlin ailəsi barədə məlumat yayılıb.

Putin evlənib? - Gizlin ailəsinin fotoları

Rusiya prezidenti Vladimir Putinin gizlin ailəsi barədə məlumat yayılıb.


AzNews.az xəbər verir ki, Britaniya qəzeti Daily Mail Putinin hamıdan gizlətdiyi ailəsi ilə bağlı fotolar dərc edib. Keçmiş gimnast Alina Kabayevanın fotoları ilə dərc edilən xüsusi materialda onun yanında 2 azyaşlı oğlan da görüntülənib. Fotolar "Meqasport"da Aleksey Nemovun buz şousu zamanı çəkilib. Şounu izləməyə gələn Kabayevanın yanındakı 2 oğlan uşağı diqqət cəlb edib.

Bundan əlavə onun adsız barmağında nişan üzüyünün olması da diqqətdən yayınmayıb.

Xatırladaq ki, 2008-ci ildən keçmiş gimnastla Putin arasıda sevgi münasibətləri olması barədə şayiələr dolaşır. Lakin bu söylənənlər hələ də rəsmi təsdiqini tapmayıb.

Onu da bildirək ki, 2014-cü ildən Alina Kabayeva Dövlət Dumasının deputatıdır. Bundan başqa o, Milli Media Qrupu holdinqinin direktorlar şurasının sədri postunda qərarlaşıb.