Böyük Britaniyada kitabı 120 il sonra kitabxanaya qaytardılar. Böyük Britaniyada kitabı 120 il sonra kitabxanaya qaytardılar.

Kitabxanadan alınan kitab 120 il sonra qaytarıldı - Foto

Böyük Britaniyada kitabı 120 il sonra kitabxanaya qaytardılar.


AzNews.az BBC-ə istinadən xəbər verir ki, Xereford məktəbinin şagirdi Artur Boykot hələ 19-cu əsrin sonlarında "Mikroskop və onun kəşfi" adlı kitabı kitabxanadan qaytarmaq şərtilə götürüb.

Onun nəvəsi Alisa Djillet isə kitabı babasının köhnə kitablarının arasından tapıb və kitabxanaya qaytarmaq qərarına gəlib. Kitabxana isə qaytarılmayan kitabın əvəzinə cərimə tələb etməyib.

Kitabxana hər gecikdirilən günə görə 21 sent cərimə tələb edir. Deməli 120 il gecikdirilən kitaba görə cərimə təxminən 9402 dollardı.