Məşhur pişik Brexiti dəstəklədi - xalta qalmaqala səbəb oldu

Britaniya hökumətinə qulluq edən pişik Larri ölkəsinin Avropa ittifaqının tərkibindən çıxmasının tərəfindədi.

AzNews.az Telegraph-a istinadən xəbər verir ki, Britaniya hökumətinin əsas siçantutanı Larrinin xaltası sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

Üzərində Britaniya bayrağı olan xaltanı taxmaqla Larri dövlətin siyasətini dəstəklədiyini bildirib. Daha sonra məlum olub ki, bu xaltanı ona nazirlər kabinetinin üzvlərindən biri hədiyyə edib.