Qədim əşyalar, şəkillər və 8 müxtəlif şəhərin qəbirstanlığından gətirilən torpaq burada saxlanır. Qədim əşyalar, şəkillər və 8 müxtəlif şəhərin qəbirstanlığından gətirilən torpaq burada saxlanır.

Qəbiristanlıqda qeyri-adi muzey - Yevlaxda - Video

Qədim əşyalar, şəkillər və 8 müxtəlif şəhərin qəbirstanlığından gətirilən torpaq burada saxlanır.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Yədilli kəndində qəbiristanlıqda qeyri-adi muzey var. Rusiya, Ukrayna, Çexiya və digər ölkələrin məzarlıqlarından gətirilən torpaqlar şüşə qablara yığılaraq 50 ilə yaxındır saxlanır. Müzeydə, yaşayış məntəqəsinin tarixini əks etdirən kitablar, fotşəkillər hətta ərazidən tapılan çənə sümüyü də saxlanır.

Bu maraqlı muzey 50 ilə yaxındır fəaliyyət göstərir. Ötən əsrin 60-cı illərində İlyas Daşdəmirov tərəfindən yaradılıb. Yerli sakinlərin beynəlxalq müzey adlandırdıqları bina, görnüşü ilə də fərqlənir. Məkanın içəri və çöl hissəsindəki rəsmlər, büstlər ziyarətçilərin marağına səbəb olur. Məzarlıqda fəaliyyət göstərən müzeyə kənd sakini Dilarə Dadaşova 30 ildən artıqdır ki, həm bələdçilik həm də nəzarət edir.

Yədilli kəndində yerləşən müzeydə, yaşayış məntəqəsinin tarixini əks etdirən kitablar, fotşəkillər hətta ərazidən tapılan çənə sümüyü də saxlanır. Qeyd edək ki, maraqlı məkanın Bakı-Qazax avtomagistralının yaxınlığında yerləşməsi xaricii turistlərində diqqətini çəkir.