Paltaryuyan maşını qonşunun avtomobilinin üstünə atdı - Türkiyədə kuryoz hadisə - Foto

Türkiyənin İzmir şəhərinin Qaziemir rayonunda yerli sakinlərdən biri 3-cü mərtəbənin eyvanından paltaryuyan maşını evin yaxınlığında durmuş avtomobilin üstünə atıb.

Virtualaz.org “Hürriyet”ə istinadən xəbər verir ki, avtomobil əsəbi vətəndaşın qonşularından birinə məxsus imiş. Hadisəyə səbəb isə qonşunun avtomobilini onun yerində saxlaması olub.

Polis baş vermiş hadisəni araşdırır.

AzNews.az