Roma Papası təyyarədə nikah mərasimi keçirib. Roma Papası təyyarədə nikah mərasimi keçirib.

Roma papası təyyarədə kilsə nikahı kəsdi, cütlük evləndi - Video

Roma Papası təyyarədə nikah mərasimi keçirib.

"Publika" xəbər verir ki, Çilinin Santyaqo şəhərindən İkike şəhərinə uçan təyyarə ilə səyahət edən Roma Papası maraqlı anlar yaşayıb.

Təyyarənin işçiləridən stüardessa Paula Podest və texniki işlərə baxan Karlos Çuffardi 8 ildir rəsmi nikahda olsalar da, Santyaqo kilsəsi dağıldığı üçün kilsə nikahına girə bilməyiblər və bu arzularını gerçəkləşdirmək istədiklərini deyiblər. Onlar Roma Papasından xeyir dua verməsini rica ediblər.

Roma Papası 2 övladları olan cütlüyə təyyarədə uçuş zamanı xeyir dua verib. Gözlənilməz mərasim sərnişinlər tərəfindən anbaan lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

AzNews.az