Türkiyənin Rize bölgəsində baş vermiş sel hadisəsi ilə bağlı Muradiyyə bələdiyyəsi sədri Musa Sürəyya Balcının Facebook paylaşımı müzakirəyə səbəb olub. Türkiyənin Rize bölgəsində baş vermiş sel hadisəsi ilə bağlı Muradiyyə bələdiyyəsi sədri Musa Sürəyya Balcının Facebook paylaşımı müzakirəyə səbəb olub.

Bələdiyyə sədri sosial mediada gündəm oldu

Türkiyənin Rize bölgəsində baş vermiş sel hadisəsi ilə bağlı Muradiyyə bələdiyyəsi sədri Musa Sürəyya Balcının Facebook paylaşımı müzakirəyə səbəb olub.

O, öz hesabından fasiləsiz yağan yağış nəticəsində əmələ gəlmiş selin fotolarını paylaşaraq “Allahım, kömək elə, batırıq” şəklində paylaşım edib.

Bələdiyyə sədri Facebook statusu ilə bağlı açıqlamasında “hamımız imanlı insanlarıq, həmin an fəlakəti, həmyerlilərimin can təşvişi ilə evlərini boşaltmağa çalışdıqlarını görüncə bir anlıq yaradana sığınıb o duanı etdim” – deyə, bildirib.

Nurlan AĞA
Aznews.az