“Nyu-York Tayms” qəzeti ABŞ prezidenti Donald Tramp və ailəsinin vergidən yayınaraq milyonlarla dollar qeyri-qanuni qazanc əldə etdiklərini iddia edib. “Nyu-York Tayms” qəzeti ABŞ prezidenti Donald Tramp və ailəsinin vergidən yayınaraq milyonlarla dollar qeyri-qanuni qazanc əldə etdiklərini iddia edib.

Tramp ailəsi haqqında 500 milyon dollarlıq iddia

“Nyu-York Tayms” qəzeti ABŞ prezidenti Donald Tramp və ailəsinin vergidən yayınaraq milyonlarla dollar qeyri-qanuni qazanc əldə etdiklərini iddia edib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzet Tramp ailəsinin bunu 1990-cı illərdə etdiyini yazıb.

Məlumata görə, vergidən yayınma ilə bağlı bank hesabları və fakturalar da daxil olmaqla 100 min səhifədən çox sənəd araşdırılıb. Nəticəyə əsasən qeyd edilib ki, Tramp atasından qalan daşınmaz əmlaklara görə vergi ödəməmək üçün qardaşlarının adına saxta şirkət qurub və bu yolla milyonlarla dolları vergidən yayındırıb.

İddialara görə, Donald Trampa atasından 1 milyard dollardan çox sərvət qalıb və bunun üçün 550 milyon dollar vergi ödəməli olduğu halda, sadəcə 52,2 milyon dollar ödəyib. Beləliklə, 500 milyon dollara yaxın pul mənimsənilib.

Məsələ ailə bağlı Trampın vəkili Çarlz Harder açıqlama verərək iddiaları təkzib edib. O, Trampın ailəsinin vergi strategiyasına qarışmadığını söyləyib.

ABŞ prezidentinin qardaşı Robert Tramp da məsələyə münasibət bildirib və valideynlərinin vəfatından sonra bütün vergilərin ödənildiyini deyib.

AzNews.az