Çərşənbə axşamı Kanadanın qərbində yerləşən Alberta əyalətinin Kalqari şəhərinə rekord miqdarda qar yağması nəticəsində 270-ə yaxın yol qəzası qeydə alınıb. Çərşənbə axşamı Kanadanın qərbində yerləşən Alberta əyalətinin Kalqari şəhərinə rekord miqdarda qar yağması nəticəsində 270-ə yaxın yol qəzası qeydə alınıb.

Kanadaya belə qar yağmamışdı - Video

Çərşənbə axşamı Kanadanın qərbində yerləşən Alberta əyalətinin Kalqari şəhərinə rekord miqdarda qar yağması nəticəsində 270-ə yaxın yol qəzası qeydə alınıb.

Bu barədə "Calgary Herald" qəzeti yazıb.

Yerli polisin məlumatına görə, şəhərdə 267 qəza baş verib, 17 nəfər xəsarət alıb. Ölənlərin olması barədə məlumat yoxdur.

Kanadanın Milli Meteorologiya Bürosunun məlumatına görə, çərşənbə axşamı Alberta əyalətinin cənub-qərb hissəsinə artıq 30 sm qar yağıb ki, bu da 1881-ci ildən hesabatı aparılan bütün meteomüşahidələr tarixi ərzində oktyabr ayı üçün mütləq rekorddur.(report.az)

AzNews.az