İngiltərənin baş naziri Tereza Mey Mühafizəkarlar partiyasının konqresində maraqlı davranışı ilə yadda qalıb. İngiltərənin baş naziri Tereza Mey Mühafizəkarlar partiyasının konqresində maraqlı davranışı ilə yadda qalıb.

Xanım baş nazirdən maraqlı addım - Video

İngiltərənin baş naziri Tereza Mey Mühafizəkarlar partiyasının konqresində maraqlı davranışı ilə yadda qalıb.

Nazir xanım tribunaya ABBA qrupunun məşhur “Dancing Queen” mahnısının sədaları altında rəqs edərək çıxıb. Zalda əyləşənlərin gülüşü və alqışları ilə qarşılanan Mey daha sonra nitqinə başlayıb. Ancaq bu dəfə başlayan öskürək baş nazirin danışmasına imkan verməyib.

Tereza Mey üzr istəyərək “Tez-tez öskürərəmsə, məni bağışlamalısınız. Bütün gecəni mavi fondakı hərfləri yapışdırmışam” deyib.

Xatırladaq ki, Tereza Meyin ötən il çıxışlarının birində fondakı yazılardan bir hərf düşmüşdü. Bu isə gülüşlə qarşılanmışdı.(qafqazinfo.az)

AzNews.az