Dünyanın ən seksual barları

Gecə həyatının içindən- FOTOLAR

Dünyanın məşhur gecə klubları, əyləncə məkanları və barları arasında aparılan bölgüdə "ən seksual gecə klubları"na da xüsusi yer ayrılır. Bu siyahı hazırlanarkən orada toplanan gözəllər, müsbət enerjili insanlarla yanaşı, barın yerləşdiyi məkan, xidmət səviyyəsi, qiymətlər, ən başlıcası isə musiqi də nəzərə alınıb. Beləliklə dünyanın ən seksual barları:


1. Le Ti St. Barth (Sen Bartelmi adası) – Dünyada adalar istirahət yeri kimi daha məşhurdur. Adıçəkilən adada vaxtaşırı olaraq məşhurlara aid yaxtalar və onların "ulduz" qonaqları peyda olur. Le Ti klubu milyarderlərin səs-küylü gecə əyləncələri üçün seçilən məkandır. Burada gecə saat 10-dan sonra yemək verilmir və çılğın əyləncə başlayır. Cümə və şənbə günləri əyləncə üçün ən yaxşı zamandır.


2. Bellini Bar – Fransa. Varlı biznesmenlərin və turistlərin ən çox sevdiyi məkanlardan biridir. Burada Paris Hiltonu belə görmək mümkündür. Sutkanın istənilən vaxtı bar müştərilərlə dolub-daşır. May ayında Kann film festivalının keçirildiyi zaman bar müştərilərin axın etdiyi məkan olur. Barmenler müqavilədə göstərildiyi kimi gecə saat 2-də işlərini başa vurmamaqdan şikayətlənirlər.

3. Buzz Beach Bar – Türkiyə. Türkiyə və Misir artıq oliqarx və "ulduz"ların kiçik macəraları üçün seçdikləri məkan deyil. Ancaq "Buzz Beach Bar" bu düşüncəni pozan məkan kimi dəyərləndirilir. Bura gələn avropalılar bütün problemlərini unudurlar. Kokteyl, gülümsər sifətli barmenlər, qısa ətəkli gözəllər və dəniz havası müştəriləri daim özünə cəlb edir.

4. Moon Bar – Bankok. Əgər söhbət seksdən gedirsə, Taylandı unutmaq olmaz. Məşhur Moоn Bar "Banyan Tree" otelinin sonuncu, 61-ci mərtəbəsində yerləşir. Bu bar təkcə cənub-şərqi Asiyanın yox, həm də dünyanın ən seksual məkanı hesab edilir.

7. Nuth Lounge - Braziliya. Bu ölkəyə gələn əcnəbilər cibləri imkan verəcəyi təqdirdə məmnuniyyətlə adıçəkilən barda əylənməyə gedirlər. Günəşdən yanmış rəqqasələr öz rəqsləri ilə xüsusilə varlı turistlərin əyləncəsinə əyləncə qatır.

8. Giardino d`Inverno - İtalya. Uzun ayaqlı model qızlar bu barın əsas müştəriləri arasındadır. Milanda sentyabr ayında moda həftəsinin keçirildiyi günlərdə bar müştərilərin ən çox üz tutduğu və pulların xəzəl kimi göyə sovrulduğu günlərini yaşayır.

9. Shalvata - İsrail. Bu barın adı tərcümədə "sakitlik" mənasını verir. Müqəddəs torpaqlarda yerləşən bu əyləncə məkanı gün gecə yarıdan çıxana qədər səs-küylü əyləncəyə ev sahibliyi edir.

10. Nublu - Nyu-York. Bu bar çimərliklərdəki əyləncə məkanlarını belə kölgədə qoyur. Braziliyalılara məxsus olan barda samba rəqsinin sədaları altında səhərə qədər əylənmək olar.

11. Denis Simachev Bar - Rusiya, Moskva. Bu məkan "moda qurbanlarının" toplaşdığı yer kimi xatırlanır. Onları dəvətləri qəbul edib kokteyl içməyə razı salmaq o qədər də çox vaxt aparmır. Xüsusilə içkinin həddindən artıq istifadəsi iki cinsin nümayəndələrini ümumi dil tapmasına yardımçı olur.

Elnur
AzNews.az
image description image description image description image description image description image description image description