Gözəl olmaq arzusu ürəyində qaldı- Fotolar

ABŞ sakini Eypril Braun daha gözəl görünmək istəyib, amma əlil olub.

İmplantantlar köçürülməsi zamanı həkimlər inşaatda istifadə edilən hermetiki qadının bədəninə vurduqları üçün Eyprilin əlləri və ayaqları kəsilib.

Milli.Az The Sunz-a istinadən bildirir ki, 46 yaşlı Eypril Braun uşaqlıq illərindən vücudundan narazı olub.

"Məktəbdə məni uşaqlar həmişə ələ salırdılar. İllər keçirdi, plastik cərrahiyyə əməliyyatı istəyirdim, amma qorxurdum", - Eypril deyib.

2004-cü ildə onun belə şansı olub. Eyprilin bərbər işlədiyi gözəllik salonuna gəlmiş müştəri qadın silikon inyeksiyası vasitəsilə bədəninin gözəlləşə biləcəyini deyib: "Bu, istənilən plastik cərrahiyyə əməliyyatından dəfələrlə ucuz, təhlükəsizdir".
Eypril də prosedura razılaşıb.

Eypril Braun heç bir tibbi təhsili olmayan "mütəxəssis qadına iki inyeksiya proseduru üçün 800 dollar ödəyib.
Lakin inyeksiyadan dərhal sonra Eyprilin vücudunda güclü allergiya başlanıb.

4 il müayinə olunan Eyprilin bədənindəki implantant çıxarılanda yaraya infeksiya düşüb.

Həkimlər Eyprili ölümdən xilas etmək üçün əvvəlcə onun yambızlarını, sonra əl və ayaqlarıın kəsiblər.
image description image description image description