Son 50 ildə planetdə kişilərin sevimli qadın tipi olan sarışın qadınların sayı kəskin azalıb Son 50 ildə planetdə kişilərin sevimli qadın tipi olan sarışın qadınların sayı kəskin azalıb

Kişilərə bəd xəbər: sarışın qadınlar yoxa çıxacaq

Son 50 ildə planetdə kişilərin sevimli qadın tipi olan sarışın qadınların sayı kəskin azalıb



Aparılan araşdırmalar göstərir ki, təbii sarışınlıq artıq xarici görünüş olaraq yoxa çıxmaq ərəfəsindədir.

Son 50 ildə isə planetin əhalisi arasında sarışınların sayı 49 faizdə 14-ə düşüb. Bu isə sarışın uşağın dünyaya gəlməsi üçün əsas şərtlərdən olan hər iki valideyninin sarışın olması prinsipinin pozulması ilə əlaqədardır.
Ancaq afrikalı və ya asiyalılardan fərqli olaraq, sarışın avropalılar ailədə bir uşaq dünyaya gətirir ki, bu da sarışın uşaqların böyüdükdə özünə sarışın sevgili tapmasında çətinliklərə səbəb olur.

Hesablamalara görə, 2202-ci ildə sarışınlar ümumiyyətlə yoxa çıxacaq. Söhbət gözəllik salonlarında sarışın görkəm alanlardan yox, təbii sarışınlardan gedir.

Şotlandiyadan olan ekspert Conatan Ris belə hesab edir ki, sarışın kişi və qadınların sayı azalacaq, ancaq onların tamamilə yoxa çıxacağını düşünmək lazım deyil.

Mütəxəssis bu fikrini hətta qaraşınların yaşadığı bölgələrdə də sarışınlara rast gəlinməsi ilə əlaqələndirib.

Məsələn, Soloman adalarında qadınların 10 faizinin saçları açıq rəngdədir. Mütəxəssislər uzun müddət bunu günəş və yerli mətbəxin təsiri ilə əlaqələndirməyə çalışıblar. Adada balıq yeməkləri üstünlük təşkil etdiyindən mütəxəssislər bunun qadınların rənginə təsir etdiyini güman edirlər.

Elnarə
AzNews.az