Ən böyük media şirkəti- “Google“

Google şirkəti dünyanın ən böyük media korporasiyası adına layiq görülüb



Tədqiqatçılar 2012-ci ildə Google-un media aktivlərdən əldə etdiyi gəlirin həcmini 37,9 milyard dollar həcmində qiymətləndiriblər ki, bu da ABŞ-ın ən böyük televiziya yayımı DirecTV qrupunun müvafiq göstəricisindən 39% çoxdur.

Hesabatda deyilib ki, Google-un əsas uğur amili şirkət tərəfindən hazırlanmış axtarış alqoritmi ilə bağlıdır. 30 ən böyük media korporasiya siyahısında, həmçinin Yahoo! (15), Microsoft (26) və Facebook (27) yer alıb.

Xatırladaq ki, Top Thirty Global Media Owners reytinqi 2007-ci ildən tərtib edilir.

AzNews.az