Hazırda Azərbaycanda 1800 məscid var ki, bunların 200-ə yaxını son 10 ildə istifadəyə verilib Hazırda Azərbaycanda 1800 məscid var ki, bunların 200-ə yaxını son 10 ildə istifadəyə verilib

Azərbaycanda 1800 məscid var

Hazırda Azərbaycanda 1800 məscid var ki, bunların 200-ə yaxını son 10 ildə istifadəyə verilib



Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bunu QMİ sədri Allahşükür Paşazadə Naxçıvan MR-nın Culfa rayonunun Əbrəqunus kəndində yeni məscidin açılışı zamanı deyib. O bildirib ki, bu gün dövlət başçısı tərəfindən Azərbaycanda əsl tolerantlıq mühiti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov isə yeni məscidin istifadəyə verilməsini muxtar respublikanın ictimai və mənəvi həyatında mühüm hadisə kimi dəyərləndirib: "Son illər muxtar respublikamızdakı dini abidələrin bərpasına, yenidən qurulmasına hərtərəfli diqqət yetirilir. Bu işdə əhali də yaxından iştirak edir. Artıq muxtar respublikada 207 məscid var. Bu məscidlərin 170-ə yaxını son 17 ildə tikilərək və ya bərpa olunaraq dindarların istifadəsinə verilib".

Sahəsi 306 kvadratmetr olan 1 minarəli yeni məscid salon, axund otağı və kitabxanadan ibarətdir. Milli memarlıq üslubunda qurulan salonda eyni vaxtda 300-ə yaxın insan ibadət edə bilər. Binada müasir işıqlandırma sistemi quraşdırılıb, qadınlar üçün ayrıca ibadət yeri ayrılıb, mehrab qurulub.

AzNews.az