Oğluna Hitler adı qoydu: atalıqdan məhrum edildi

Oğlunu Adolf Hitler adlandıran amerikalı ata məhkəmə qarşısına çıxarılıb.



Hit Kempel adlı Amerika vətəndaşı övladlarının birinə Adolf Hitler, digərlərinə isə nasizimi xatırladan adlar qoyduğuna görə valideynlik hüququndan məhrum edilib.

2009 - 2011-ci illərdə övladları alınaraq dövlətin himayəsinə verilən ata 2 il əvvəl dünyaya gələn son övladı ilə görüş tələb edir.

Məhkəmə prosesi Nyu-Cersi ştatının Flaminqton şəhərində keçirilib. "The Daily Telegraph" xəbər verir ki, Kempel övladlarını çox sevdiyini bildirərək hakimdən ona övladlarına ata olmaq imkanı verməsini istəyib.

Ancaq məhkəməyə nasist geyimində gələn H.Kempelin bu arzusunu təmin edilməsi olduqca çətin görünür.

Məlumat üçün bildirək ki, H. Kempelin öz övladlarına Hitlerin adını qoyması 2008-ci ildə aşkarlanıb. Bu zaman oğlunun doğum günü münasibətilə tort sifariş verən ata tortun üstünə "Adolf Hitler, ad günün mübarək" yazdırmaq istəyib. Ancaq supermarket çalışanları bundan imtina edərək müvafiq orqanlara xəbər verib. Bundan sonra sosial işçilər Kempel ailəsinə gələrək ailədəki durumu dəyərləndirib və uşaqları dövlətin himayəsinə veriblər.


Elnarə
AzNews.az