İnsanın gözü 2-3 dəfə böyüyəcək, görmə qabilliyyəti artacaq İnsanın gözü 2-3 dəfə böyüyəcək, görmə qabilliyyəti artacaq

100 min il sonra insanlar belə görünəcək

İnsanın gözü 2-3 dəfə böyüyəcək, görmə qabilliyyəti artacaq



İngilis sənətçi Nikolay Lam və amerikalı elm adamı Alan Kvan 100 min il sonra insan üzünün necə görünəcəyini təxmin etməyə çalışıblar. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Nikolay Lam və Alan Kvan 100 min il sonra insanın gözlərinin indikindən 2-3 dəfə iri olacağını və göz qapaqlarının da qalınlaşacağını təxmin edirlər.

Onların təxminlərinə görə, insanın görmə qabilliyyəti də artacaq. Həmçinin burun daha düz, burun dəlikləri isə daha böyük olacaq. Alnın böyüməsi də insan üzündə baş verəcək dəyişikliklərdən biridir.

Alimlər bildirirlər ki, bütün bunlar bədənin insanın gündəlik fəaliyyətlərinə özünü uyğunlaşdırması nəticəsində baş verən dəyişikliklərdir.

AzNews.az