Dondurmaya da qadağa gəldi

İtaliyanın Milan şəhərində gecə yarısı saat 24.00-dan sonra dondurma satmaq qadağan edilib. Qərarı şəhər bələdiyyəsi verib.

Qərar hələlik şəhərin Naviqli, Ticinese, Corso Como ve Arco Della Pace küçələrinə şamil edilib.

Buna səbəb həmin küçələrdə yaşayan sakinlərin şikayətləri olub. Gecə saat 12-dən sonra dondurma mağazalarındakı səs-küydən yata bilmədiklərini deyən sakinlərin problemləri belə həll edilib.

İtaliya Şirniyyatçılar və Dondurmaçılar Birliyi bununla əlaqədar açıqlama yayaraq qadağanın dərhal götürülməsini yaxud ən azı gecə saat 02.00 - dan sonraya şamil edilməsini tələb edib.

Elnarə
AzNews.az