- Köhnə - Maraqlı
- 11 İyun 2013 09:27
- 2 807
Klaviaturanın üstündə yatdı: ziyan 222 milyon avro
Almaniyada bank işçisinin kompyuterin klaviaturası üzərinə başını qoyaraq yatması banka 222 milyon avroya başa gəlib.
Əməkdaş hesaba 64,2 avro keçirməli olsa da iş əsnasında yatması bu rəqəmin 222 milyon avroya çatmasına səbəb olub. Belə ki, bank əməkdaşı barmağını 2 klavişinin üstünə qoyaraq yuxuya gedib və beləcə hesaba 222 milyon avro keçirib.
Maraqlıdır ki, bank yanlışlığı düzəltsə də əməkdaşın özünü yox, onun işinə nəzarət etməli olan 48 yaşlı qadın əməkdaşı işdən azad edib. Ancaq 1986-cı ildən bankda işləyən qadın məhkəməyə müraciət edib. Məhkəmə həmin gün nəzarətçi qadının 800 əməliyyat həyata keçirdiyini nəzərə alaraq onu işinə bərpa edib.
Elnarə
AzNews.az