AzNews.az qadınların kabusu olan qırışlara qarşı təsirli vasitələri diqqətninizə çatdırır. AzNews.az qadınların kabusu olan qırışlara qarşı təsirli vasitələri diqqətninizə çatdırır.

Qadınlar diqqət: qırışlardan qorunmağın 7 üsulu

AzNews.az qadınların kabusu olan qırışlara qarşı təsirli vasitələri diqqətninizə çatdırır.




1. Düz yastıqla yatın. Əgər gecəni yumru yastıqla yatsanız o zaman üzdə qırışların yaranması daha da sürətlənəcək.

2. Barmaqlarınızla üzünüzə toxunun. Hər səhər 2 dəqiqə ərzində iki barmağınızdan istifadə etməklə üzünüzü masaj edin. Burundan başlayaraq üz və boynunuza edəcəyiniz bu masaj dərinizin dartılmasına kömək edəcək.

3. Yağ maskası. Bitki yağlardan hazırlanan maskanı həftədə bir dəfə istifadə edin. Bir çay qaşığı buğda yağı, avakado yağı, zeytun yağı və günəbaxan yağından hazırlanan qarışığın içinə iki qaşıq bal əlavə edin. Bu maskanı üzünüzə çəkərək 2 saat sonra yuyun.

4. Siqaret çəkməyin. Çünki bu qırışları daha da artırır.

5. Normal yatın. Əks təqdirdə dəriniz daha tez qocalacaq və qırışların sayı artacaq. Bundan yayınmaq üçün vaxtında yatın, gündəlik norma qədər yuxunuzu almağınıza diqqət edin.

6. Bitki çayları için. Məsələn nanə çayından istifadə etsəniz bu qan dövranının yaxşılaşdıraraq dərinizi təmizləyər.

7. Yosundan yararlanın. Yosunlardan bir çox kosmetik vasitənin tərkibində istifadə edilir. Bundan başqa hamam vannasında yosunlu sudan istifadə edin. Yosunların içərisindəki mineral duzlar dərinin altındakı hüceyrələri aktivləşdirərək dərinin sıxlaşdırır..

Elnarə Əlosmanqızı
AzNews.az