Çində quyruqlu uşaq- FOTO

Çində quyruqlu uşaq olduğu aşkarlanıb.


Uşağın anası həkimlərdən yardım istəyir. 7 aylıq körpənin üç düymlük quyruğu var. O "bel bifidi" (onurğanın parçalanması) defekti ilə dünyaya gəlib. Uşaq yaşa dolduqca quyruq da uzanır. Ana deyir ki, quyruğun götürülməsi xahişi ilə dəfələrlə həkimlərə müraciət edib, lakin həkimlər izah edirlər ki, bu elə də sadə deyil.

Cərrah Çuanpinq Xuan deyir ki, quyruğun uzunluğu artıq 10 santimetrə çatıb: "Əgər biz onu indi kəssək, yenidən uzanacaq. Əməliyyatdan öncə biz onurğa beyni kanalını bərpa etməliyik. Onurğa beynindəki defekt aradan qaldırıldıqdan sonra quyruq kəsilə bilər". (milli.az)

AzNews.az
image description