Qadınlar niyə kişilərdən sağlamdır?

Qadınlar kişilərdən daha güclü və sağlamdırlar. Çox ölkələrdə orta ömür göstəricisinə görə, qadınların uzun yaşamasıda bunu sübut edir.

Bəs fərq nədədir? Qadınlar nə üçün kişilərdən daha sağlamdırlar?

Qadınlar daha az hallarda içki, siqaret aludəçisi olurlar. Qadınlar həkim müayinələri kişilərdən daha çox diqqət ayırırılr. Yəni kişilər problemlərini saxlayır, həll yolları axtarırlar.

Qəzalara qarşı daha diqqətlidirlər və ehtiyatı əldən vermirlər.
Düzgün və sağlam qidalanmaya diqqət edirlər.
Daha çox hərəkət edirlər.
Çəkilərinə nəzarət edirlər.
Ailə, dostluq münasibətlərinə önəm verir, ünsiyyəti daima qorumağa çalışır. Daha səmimi olurlar.
Cinsi xəstəliklərə qarşı daha həssasdırlar. Qorunma yollarına mütləq önəm verirlər.

Sağlam qocalmaq üçün nə etməli?

Yaşlanma ilə qanımızdakı insulin səviyyəsi arasında əlaqə var. İnsulin hormonu keyfiyyətli qocalma və yaşlanmanın sürətinin azaltmaq baxımından önəmlidir. Buna görə də xüsusilə 40-yaşdan sonra insulin səviyyəsi izlənməlidir.

Yaxşı yaşlanmaq üçün əzələ hüceyrələri önəmlidir. Güclü əzələlərə sahibsəniz yaşlanmanız daha yaxşı olacaq. Vaxtında hərəkət etmək,idmanla məşğul olmaq əzələləri gücləndirir.

Şəkərli məhsullardan çox istifadə etmək hormonal problemlərə yola aça bilər. Bu qadınlarda özünü tüklənmə, sızanaqlar kimi problemlərlə özünü göstərir. Kişilərdə isə bu testosteron hormonunu azaldır. Yaş keçdikcə şəkəri-şirniyyatı azaltmalıyıq.

Yaş ötdükcə qidalanma-beyin münasibəti çox önəmli hala gəlir. Beyim mərkəzi- sinir sistemi şəkərin azındanda çoxundan da xoşlanmır.(anspress)

AzNews.az