Bələdiyyə seçkilərində pişiyin namizədliyi verilib

Meksikada bir qrup insan ölkədəki problemlərə diqqəti çəkmək üçün indiyə qədər görünməmiş etiraz üsuluna əl atıblar.

413 nəfər əhalisi olan Xalapa şəhərində keçirilən bələdiyyə başqanlığı seçkisində bir pişiyin namizədliyi verilib.

"Morris" adlandırılan pişiyin namizədliyinin verilməsi ilə bağlı xəbər və foto sosial şəbəkədə yayılıb. Qısa müddətdə xəbər 150 min tərəfindən bəyənilib.

Pişiyin namizədliyini verənlər bununla siyasətçilərə və indiyə qədər şəhər üçün heç bir şey etməyən rəhbərlərə etiraz etdiklərini bildiriblər.

Xatırladaq ki, Meksikada keçirilən yerli seçkilərdə 8 namizəd silahlı hücuma məruz qalaraq həyatını itirib. Son 4 ildə isə silahlı qarşıdurma nəticəsində 32 bələdiyyə başqanı dünyasını dəyişib.
Elnarə
AzNews.az