Uzun həyatın sirri tapıldı

İsveçrə Sürix Universiteti alimlərinin apardığı araşdırma nəticəsində nisbətən cəsarəti az olan siçanların bədənlərinin digərlərindən daha yaxşı qoruduğu və beləcə ömürlərini uzatdığı bəlli olub.

"Plos One" jurnalının yazdığına görə, araşdırma zamanı 41 erkək və 41 dişi siçan üzərində təcrübə aparılıb. Hər iki qrupdan 21 siçanın ömrü 30 faiz uzanıb. Ömrü uzanan siçanların "haplotip t" adı verilən gen qruplarına sahib olduğu bildirilir.

Alimlər siçanların cəsarəti, uyğunlaşma xüsusiyyəti və bəslənmə vərdişini araşdırdıqdan sonra, tək bir xromosom üzərində olan "haplotip t" daşıyan dişilərin daha sakit və daha az yediyinin şahidi olublar.

Elman
AzNews.az