- Köhnə - Maraqlı
- 13 İyul 2013 17:00
- 3 689
“Azca su içmək orucu pozmaz”
APA-nın məlumatına görə, B. Zəncaninin rəsmi internet saytında yayılan açıqlamada bildirilir ki, oruc tutanlar susuzluğa dözə bilmədikləri anda az miqdarda su qəbul edə bilər. Ayətullah deyib ki, oruc tutan şəxs susuzluqdan halsız vəziyyətə düşübsə, özündən gedirsə, susuzluqdan ölməməsi üçün su içə bilər və bu, orucu pozmaz.
B. Zəncaninin bu fikri müsəlmanlar arasında fikir ayrılığı yaradıb, bəzi dairələr isə bunu narazılıqla qarşılayıblar.
AzNews.az