Orucdan sonra necə qidalanaq? - Maraqlı

Bayram gəlir... Bir necə gündən sonra 11 ayın sultanı Ramazan başa çatır. Ramazan ayı boyunca çoxları fəqli saatlarda yataraq,uzun müddət yemək və sudan imtina edərək, yeni rejimdə qidalanmağa başladı. Bəs indi bir ay oruc rejiminə öyrəşən orqanizmi ona ziyan vurmadan əvvəlki vəziyyətinə necə qaytarmaq olar?

Bunun üçün bir necə sadə şərtə əməl etməlidiniz. Bununlada orqanizminizə heç bir fəsad dəymədən əvəəlki vəziyyətə qayıda bilərsiniz.

Qabağınıza qoyulan hər şeyi həmən andaca yeməyə məcbur deyilsiniz. Unutmayın ki, bir necə gün öncəsinə kimi gündə 16-17 saat ac susuz qalırdınız. Bədəninizin bir gündə 30 günlük rejimi unutmasını gözləməyin.

Səhər yeməyini taxıl çörəyi və proteinli yeməklərlə başlayın.
Müntəzəm olaraq su için.

Bir ay siqaret çəkməmisinizsə fürsətdən istifadə edin və bu ziyanlı vərdişi birdəfəlik tərgidin. İftar imsak edərkən gecələr yemək yeməyə vərdiş tmisiniz. Bu vərdişi yavaş yavaş tərgidin.Əks halda artıq çəki problemi ilə üzləşəcəksiniz.

Artıq gündəlik fəaliyyətinizə və idmana qayıda bilərsiniz.

İmsaqda bölünən yuxu rejimi normal ritmə düşəcək. Gündə azı 8 saat yatın.

Ramazanda hər gün şirniyyat yeyə bilərsiniz. Amma artıq bu neməti həftədə bir dəfə yeyin./anspress/

AzNews.az