Çox işləmək insanı depresiyaya salır- Araşdırma

Əgər insan vaxtının çox hissəsini işdə keçirirsə və ya işdə ona yüksək tələblər qoyulursa bu, sonunda depresiyaya gətirib çıxaracaq. Bu qənaətə Yaponiya alimləri apardıqları araşdırmaların nəticəsi olaraq gəliblər.

Takasaki Amaqasa və Takeo Nakayamanın apardığı araşdırmaya 218 yapon cəlb edilib.

Müəyyən edilib ki, əgər insan həftənin 60 faizini isdə keçirirsə və və ya işdə çox yüklənirsə tez-tez depresiyaya düşür.

"MEDdaily" xəbər verir ki, əgər hər iki faktor bir aradadırsa, o zaman depresiya 15 dəfə artır. Başqa sözlə, gərgin iş qrafiki və çox işləmək insanın həyatına olduqca mənfi təsir göstərir.

Elnarə
AzNews.az