Avqustun 12-dən 13-nə keçən gecə səmada meteor yağışı müşahidə ediləcək. Mütəxəssislərin bildirdiyinə görə, səmada hər saatda 100 meteoru görmək mümkün olacaq. Bu meteor yağışı hər il baş versə də, avqustun ikinci ongünlüyündə pik həddinə çatacaq. NASA-nın saytında yer alan xəbərə görə, səma aydın və ulduzlu olacağı təqdirdə meteor yağışını daha yaxşı izləmək mümkün olacaq. Meteor yağışını daha yaxşı görmək üçün mütəxəssislər süni işıqdan uzaq olmağı, başqa sözlə desək şəhərlərdən kənara çıxmağı məsləhət görür.
Elnarə
AzNews.az
Warning: Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 95