Yeni superkomputer təqdim olundu



Rusiya Elmlər Akademiyasının (REA) İdarələrarası Superkompüter Mərkəzində (İSM) istehsalın yeni səviyyəsi olan superkompüterin prototipi təqdim edilib. AzNews.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, REA İSM-in nümayəndələri, RSK və Intel korporasiyası qrupları bu mərkəzdə keçən ilin dekabrında istifadəyə verilmiş hesablama klasterinin təqdimatını keçiriblər.

Klaster MVS-10P petaflops istehsal gücünə malik superkompüterin prototipidir. Prototip artıq keçən ilin payızında Salt Lake City-də (ABŞ) keçirilən SC12 yüksək məhsuldarlığa malik hesablamalar üzrə beynəlxalq sərgidə nümayiş etdirilib. Top50-nin son siyahısında göstərilir ki, REA İSM-in 523,8 TFLOPS yüksək məhsuldarlıqda olan klasteri aprelin əvvəlində keçirilən "Paralel hesablama texnologiyaları 2013" Beynəlxalq konfransında 2-ci yerə layiq görülüb. Birinci yerə isə Moskva Dövlət Universitetində "T-Platformalar" tərəfindən hazırlanan 1700,2 TFLOPS maksimal məhsuldarlıqda olan hesablayıcı kompleksə sahib olub. İstehsalçılar bildirirlər ki, Intel Xeon Phi xüsusi prosessorlarını istifadə olunduğu yeni klaster ABŞ-dan kənarda ən nəhəngi və ilkidir.

Top500-ün qlobal reytinqində isə 59-cu yer sahibdir. Qeyd edək ki, REA İSM elm və təhsil sahəsində akademiya institutlarında elmi araşdırmalara dəstəyini təmin edən, məhsuldar hesablama sistemlərindən istifadədə metodik köməyi göstərən, sistem və tətbiqi proqram təminatının təkmilləşdirilməsini həyata keçirən ən güclü superkompüter mərkəzlərindən biridir.

AzNews.az