- Köhnə - Maraqlı
- 13 Avqust 2013 17:35
- 3 399
“BlackBerry” çətin anlar yaşayır
Cib telefonu istehsalçısı BlackBerry, satış daxil variantları qiymətləndirir. Mobil telefon istehsalçısı BlackBerry, şirkətin satışı daxil bir sıra variantı qiymətləndirdiyini və çıxar qarşıdurması olmaması üçün ən böyük səhmdarı olan idarə heyətindən ayrıldığını açıqladı.
Ağıllı telefonlardan e-poçt alınmasını və göndərilməsini təmini, mobil telefon sektorunda cığır açan şirkətin dünənki şərhi, bir zamanlar Kanadanın ən öndə olan şirkəti BlackBerryinin bütöv yoxsa, parçalara ayrılaraq investorlar üçün daha yüksək dəyər ərz edəcəyinə dair mübahisə yaratdı.
Şirkətin ən böyük səhmdarı olan Fairfax Financial Holdings`in sahibi olan Prem Watsa, idarə heyətindən ayrıldı. Kanadalı Globe and Mail qəzeti, Fairfax`ın BlackBerryin almaq üçün xüsusi sərmayə şirkətləri ilə görüşdüyünü bildirdi. Şirkəti ala biləcək digər investorlar arasında Kanadalı pensiya fondlarının yanında şirkətin ticarət rəqibləri də var. Bir zamanlar investorların ən çox seçdiyi informasiya sektoru hissələrindən biri olan BlackBerry, bazar payını Apple və Google şirkətlərinə uduzdu. Şirkətin yeni telefonu BlackBerry 10 isə istehlakçılar arasında gözlənilən qədər sürətli yayılmadı.
Əli Rais Hüseynli
AzNews.az