Ölümdən sonra “tuneldəki işığ”ın sirri tapıldı- Araşdırma

Alimlər ölümdən dönən insanların "tunelin ucunda" gördüyü ağ işığın sirrini tapıb. Mütəxəssislərin fikrincə, bu vəziyyət beyindəki elektrik dalğalarının birdən sıxlaşması nəticəsində baş verir.

ABŞ-dakı Miçhiqan Universitetində aparılan araşdırmada ölmək üzrə olan siçanların beyin dalğalarında yüksək səviyyədə fəaliyyət müşahidə edilib. Alimlər ölümdən dönən insanların gördüklərini sirrini tapmaq üçün ölmək üzrə olan doqquz siçanı izləyib. BBC-nin məlumatına görə, araşdırmaçılar bu dalğaların insan beynində də müşahidə olunduğunu bildiriblər.

Araşdırmanın nəticələri Amerika Elmlər Akademiyasının jurnalında çap edilib. Doktor Jimo Borjigin bildirib ki, bir çox insanlar klinik ölümdən sonra beynin aktiv olmadığını, ya da çox az aktiv olduğunu, beynin normala görə daha az fəal olduğunu düşünür: "Əslində isə bunun tam əksi baş verir. Klinik ölüm anında insan beyni normadan daha çox aktivləşir. Ölümdən dönən insanlar parlaq ağ işıq gördüklərini, ruhlarının bədənlərini tərk etdiyini hiss etdiklərini və həyatlarının film lenti kimi gözlərinin qarşısından keçdiyini danışırlar" .

Heyvanların ürəyinin durmasından sonrakı 30 saniyə içində qamma tezlikləri adlanan yüksək tezlikli beyin dalğalarında ani bir yüksəlmə qeydə alınıb. Dr. Borjigin insanların da bu cür vəziyyətə düşdüyünü, beyində fəaliyyətin sıxlaşdığını bildirib: "İnsanların işıq görmələri, beynin görmə mərkəzinin yüksək səviyyədə aktiv olması nəticəsində baş verir".


Əli
AzNews.az