- Köhnə - Maraqlı
- 24 Avqust 2013 19:30
- 4 324
NASA dünyanı heyrətləndirəcək; Aya 280 milyon dollarlıq aparat göndərilir
NASA alimləri yeni bir ilkə imza atacaqlar. AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, NASA Aya yeni bir aparat göndərəcək.
Aparatın Ayın orbitində 100 günə qədər qalacağı bildirilir.
LADEE (Lunar Atmosphere and Dust Environment Explorer) adı altında yaradılan bu aparat sentyabrın 6-sı öz işinə start verəcək. Alimlərin verdiyi məlumata görə LADEE-yə quraşdırılan video sayəsində kosmosda baş verən hadisələri zləmək mümkün olacaq.
İlkin məlumata görə, aparatın hazırlanması NASA-ya 280 milyon dollara başa gəlib.
"Əgər LADEE-nin işi uğurlu alınarsa, o zaman biz aparata əlavə qurğular yerləşdirməklə səmada lazer şounun yaranmasını müşahidə edə biləcəyik",-deyə NASA nümayəndələrində biri dünən jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Aynur Hüseynova
AzNews.az