- Köhnə - Maraqlı
- 11 Sentyabr 2013 15:58
- 4 366
Monitorlu kompüterlər tarixə qarışır
Texnologiyada liderliyini qoruyan şirkət səslə idarəetməni bütün məhsullarda tətbiq etməyi hədəfləyir. Bu barədə tədqiqatları davam etdirən "Google" mühəndislərindən olan Skot Hofmanın sözlərinə görə, "Güclü kompüter sistemi artıq avtomobillərə və paltarlara da uyğunlaşdırıla bilir. Bu cür istifadə zonalarının heç birində artıq ekran və klaviaturaya ehtiyac qalmayacaq".
Qeyd edək ki, "Google" axtarış sistemi olan "Chrome"un və yenicə aldığı "Motorola" şirkətinin "Moto X" modelinin qapalı vəziyyətdə səsli əmrlərlə idarə oluna bilməsini təmin edən xüsusi qurğuya sahibdir.(ictnews.az)
AzNews.az