- Köhnə - Maraqlı
- 18 Sentyabr 2013 20:07
- 5 394
Azərbaycanlı turistlərin ən çox getdiyi yerlər - VİDEO
Amma bu il Türkiyədə qiymətlərdə artım müşahidə olunub. Buna səbəb isə Misirdə baş verən hadisələrə görə, avropalı, rusiyalı turistlərin çoxunun bu ölkəyə nəzərdə tutulan səfərlərini təxirə salaraq Türkiyəni seçməsi olub.
Azərbaycanlı turistlərin ən çox getdiyi yerlərdən biri də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri olub. Bu seçimə isə bir sıra amillər təsir göstərib.
Bu yay ölkəmizdən turistlərin ən çox səfər etdiyi digər bölgələr şərqi Avropa, Cənub Şərqi Asiya ölkələri olub. Turistlərin Avropa ölkələrinə böyük marağı olsa da viza alarkən qarşılaşdıqları çətinliklər onları bu fikirlərdən qismən daşındırıb.(Anspress)
Bu ilki yay turizm mövsümündə Azərbaycan vətəndaşları əsasən qonşu Türkiyəyə səfər ediblər. Turizm mövsümünün başlanğıcında İstanbulda Gəzi hadisələrinin baş verməsi turistlərdə müəyyən qədər narahatlıq doğursa da turizm şirkətlərinin təhlükəsizliklə bağlı apardığı təbliğat insanların qərarlarına təsir edib. Hətta Türkiyəyə turist axınının ötən illə müqayisədə bu il artdığı bildirilir. Turistlər Türkiyənin əsasən Antaliya, Bodrum, Quşadası kimi turizm mərkəzlərinə üz tutublar.