Sınıq möhürlə namaz qılmaq olarmı?

Sınıq möhürlə namaz qılmaq günah deyil. Səcdə zamanı möhürün alın dəyən sahəsinin şəriət dili ilə desək, bir dirhəm qədər olması kifayətdir.

Bu ölçünü bəzi alimlər baş barmağın dırnağının sahəsi qədər, bəzi alimlər isə şəhadət barmağının bir bükümünün sahəsi qədər qəbul edirlər.

Əgər sınmış möhürün ölçüsü bundan az deyilsə, üzərinə səcdə etmək olar. Unutmayaq ki, İmam Hüseyn (ə) türbətindən və ya digər müqəddəs torpaqdan hazırlanmış möhürə hörmətsizlik etmək, bununla da sınmasına şərait yaratmaq günahdır.

Sınmış möhür istifadə üçün yararsızdırsa, torpağa basdırmaq məsləhətdir. Müqəddəs türbətdən hazırlanmış möhürü zibilliyə atmaq olmaz.(islam.az)

AzNews.az