Türkiyənin Antalya bölgəsində yaşayan uşaq qəribə xəstəliyi tutulub. 15 yaşlı uşağın əlləri və ayaqları dayanmadan uzanır. Hazırda onun ayaqlarının uzunluğu 32 santimetrdir. Məlumatlara görə, bir neçə il əvvəl Mahsun Şamgil adlı uşağın ürk-damar sistemində problem yaranıb. Uşaq ürəyindən əməliyyat edildikdən sonra əlləri və ayaqları uzanmağa başlayıb. M.Şamgilin ata-anası ayrı olduğundan heç kəs onun problemi ilə maraqlanmayıb. Bu müddət əvvəl isə 15 yaşlı uşaq yeriyə bilmədiyini deyib. Maddi vəziyyətləri yaxşı olmadığı üçün uşağı həkimə apara bilməyən valideynlər dövlət qurumlarından kömək gözləyirlər.(Musavat.com)