İş yerlərində facebook qadağan edildi



Amerikalı iş adamları işin səmərəsini artırmaq üçün Facebook və Twitter kimi saytları blok etməyə başlayıb. Getdikcə həyatımızda daha çox yer alan ictimai media bəzən iş yerlərindəki işlərə mənfi istiqamətdə təsir edə bilir.

Bunu nəzərə alan amerikalı iş adamları işin səmərəsini artırmaq üçün Facebook və Twitter kimi saytlara qadağa qoyublar. İş adamlarının bir çoxu iş yerində məhsuldarlığı artırmaq üçün Facebook saytlarını ilk öncə bloklaşdırmağı məsləhət biliblər.

Bu səbəbdən amerikalıların beşdə biri ictimai media saytlarına daxil ola bilmirlər. Twitterin isə ehtimalla ikinci hədəf olacağı gözlənilir. Hesabatlara görə iş yerlərinin 15.1 % də saytlar blok edilmiş vəziyyətdədir . Birləşmiş Ştatlarda 1021 işçinin qatıldığı əhatəli araşdırmadan toplanan məlumatlar əsasında iş yerlərində blok edilən vebsitə və xidmətlərin siyahısı hazırlanıb.

Elman
AzNews.az