Müğənni qeyri-qanuni övladını qəbul etdi

Müğənni Rəvan Qarayev başqa nikahdan övladı olması barədə xəbərlərə bu gün ANS TV-də yayımlanan "Adam içində" verlişində aydınlıq gətirib. Rəvan Qarayev açıqlamasında bu xəbərin yalan oluğunu bildirib.

Müğənnin keçmiş həyat yoldaşı telefon xəttində Cəmilə adlı qadına görə münasibətlərinin pozulduğunu da təkzib edib.

Rəvan Qarayev canlı yayımda efirə qatılan uşaq haqda da danışıb. Rəvan bildirib ki, istər DNT testdə təsdiq olunsun, istərsə yox uşağı qəbul edəcək. O, uşağın anasını məhkəməyə verəcəyini bildirib. Müğənni DNT testin xərclərini də öz üzərinə götürüb.

Qeyd edək ki, ANS kanalında yayımlanan "Adam içində" verilişində müğənninin Cəmilə adlı başqa bir xanımdan övladı olduğunun ortaya çıxması gələn qonaqlarda, eləcə də elə əsərin qəhrəmanı olan Rəvan və onun atası Elşad Qarayevdə şok effekti yaradıb. Müğənni faktın yalan olduğunu və israrla heç vaxt belə bir səhv addım atmadığını qeyd etsə də, sonda övladı iddia olunan 5 yaşlı oğlu ilə görüşdürülüb.

Rəvan əvvəlcə azyaşlının əlini sıxıb, daha sonra onu qucağına alıb. Balacaya laqeyd münasibət göstərməyən müğənni azyaşlının övladı olmasından şübhə etdiyini bildirsə də, nəticənin DNK testindən sonra bəlli ediləcəyini vurğuladı.

Müğənninin atası Elşad Qarayevdə oğlu haqqında yayılan bu xəbərin heç bir məntiqə sığmadığını bildirdi. Müğənniyə bu günündə ən yaxın sənət yoldaşı da dəstək oldu.

Övladını uzun müddət Rəvan Qarayevdən gizlətməsinə aydınlıq gətirən xanımsa bildirdi ki, bu addımı atmasına səbəb hazırki həyat yoldaşının ona göz verib işıq verməməsidir.

AzNews.az