5 min metrlik zirvədə xəzinə tapdı

Fransız alpinist Alp dağlarında 4810 metr hündürlükdə yerləşən Monblan zirvəsinin buzlaqlarının birində zümrüd, yaqut və sapfir daşlarla dolu qutu tapıb. ANS PRESS "Frans Press"ə istinadən bildirir ki, qututdakı daş-qaşların qiyməti 250 min avro ətrafında qiymətləndirilir. Adının açıqlanmasını istəməyən alpinist daş-qaşları polisə təhvil verib.

Daş-qaşların olduğu bəzi zərflərin üzərində "Hindistanda istehsal edilib" möhürü vurulub. Buna görə, hesab edilir ki, həmin qutu buzlağa "Air India" təyyarələrinin 1950-ci ildə və ya 1966-cı ildə baş vermiş aviaqəzalar zamanı düşə bilər. Hazırda fransızlar Hindistanla əlaqə saxlayaraq dəfinənin sahiblərini və ya onun varislərini tapmağa çalışırlar.


AzNews.az