Məşhurların Facebookda nə qədər izləyicisi var?- Siyahı

Usernet adlanan ilk sosial şəbəkə və ya sosial media 1979-ci ildə yaradılsa da, populyarlıq qazana bilməyib. Müasir sosial şəbəkə dedikdə isə çoxları üçün söhbət yalnız Facebook və Twitterdən getdiyini deyə bilərik. Əslində isə belə deyil. Bütün bloglar, forumlar, chat saytları və bu kimi internet vasitələri də sosial şəbəkə sayılır. İlk müasir sosial media 1997-ci ildə yaradılan Six Degrees olub. Daha sonra Asian Avenue, MiGente, BlackPlanet yaradılır.

2004-cü ildə Facebook yaradılanadək belə şəbəkələr arasında ən məşhurlardan biri LiveJournal idi. 2003-cü ildə fərqli məqsədlərlə yaradılan Hi5 və LinkedIn də sosial media bazarında özünə məxsus yer tutur.

Ancaq ilk olaraq yalnız Harvard Universitetinin istifadəçiləri üçün yaradılan Facebook qısa müddət ərzində bütün şəbəkələrin reytinqini üstələyə bilib.

Hazırda 1 milyarddan çox izləyicisi olan Facebook-un 9 il ərzində əldə etdiyi gəlir 100 milyard dollardan çoxdur. Dünya tendensiyasında azad fikrin ifadəsində müstəsnə rolu olan Facebook hazırda məlumatlardırıcı və paylayıcı rolu ilə öyünür.

Məhz buna görədir ki, dünyaca tanınımış simalar da bu şəbəkəyə üz tutublar. Və yəqin ki, məşhurlardan kimlərin rəsmi facebook səhifəsinin nə qədər izləyicisi olduğu hər kəsə maraqlı olar. Çünki son zamanlar istənilən şəxsin adına səhifə açıb, başlayırlar ora müxtəlif səpkili məlumatlar yerləşdirməyə. Amma bir müddət sonra həmin səhifələr ya bağlanır, ya da işlək vəziyyətdə olmur. Məhz bu zaman yaradılan səhifələrin saxtakarlığı üzə çıxır. Tez-tez yenilənən səhifə isə rəsmi olanı ortaya çıxarır.

FaktXəbər müxtəlif millətlərə məxsus şəxslərin rəsmi facebook səhifələrində onların izləyicilərinin miqdarını araşdırıb. Bu siyahıda idmançılar, aktyorlar, siyasi xadimlər və klublar da var.

Tom Kruz - 5 milyon
Vin Diesel - 48 milyon
Jan Klod Van-Damm - 3.1 milyon
Al Paçino - 4.8 milyon
Mariya Şarapova - 10 milyon
David Villa - 12 milyon
Hüseyn Bolt - 12 milyon
Kamal Kılıçdaroğlu - 1.4 milyon
Zlatan İbrahimoviç - 8 milyon
Andres İniesta - 14 milyon
İker Kasilyas - 12.4 milyon
Arda Turan - 2.1 milyon
Mesut Özil - 13 milyon
Real Madrid - 42.7 milyon
Barselona - 45.4 milyon
Qalatasaray - 8.5 milyon
Ricardo Kaka - 23 milyon
Slivestr Stalone - 12 milyon
Barak Obama - 36 milyon
Vladimir Putin - 280 min
Mixail Saakaşvili - 227 min
Abdullah Gül - 1.1 milyon
Kristiano Ronaldo - 62 milyon
Leo Messi - 48 milyon
Bəşşar Əsəd - 141 min
Həsən Ruhani - 82 min
Cek Can - 41 milyon
Angela Merkel - 396 min
Silvio Berluskoni - 547 min
Fatih Terim - 305 min

AzNews.az