6,8 milyard insanda mobil telefon olacaq

Bu ilin sonunda dünyada mobil telefon abunəçilərinin sayı 6,8 milyarda, internet istifadəçilərinin sayı isə 2,7 milyarda çatacaq. Beynəlxalq Telekommunikasiya Birliyinin ( ITU) açıqlamasına görə, dünyada kommunikasiya texnologiyalarından istifadəçi sayı artdıqca istifadə qiymətləri aşağı düşür.

Hesabata görə, keçən il daha 250 milyon nəfər internetdən istifadə etməyə başlayıb. Bu ilin sonuna qədər isə dünya əhalisinin 40 faizi, yaxud 2,7 milyard nəfərinin internetdən istifadə edəcəyi təxmin edilir. 7 milyard əhalinin 4,4 milyardı yenə də bu imkandan məhrum qalacaq.

Hesabatda vurğulanır ki, bu ilin sonunda cib telefonlarına abunə sayının 6,8 milyarda çatması gözlənilir. Sənədə əsasən 157 ölkənin informasiya və kommunikasiya texnologiyalarına giriş və istifadənin inkişaf indeksinə görə Cənubi Koreya birinci sıradadır.

Elman
AzNews.az