Yerə asteroid yaxınlaşır

Bir kilometr ölçüsündə olan asteroidi rusiyalı astronomlar aşkar ediblər
Yerə daha bir asteroid yaxınlaşır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bir kilometr ölçüsündə olan asteroidi rusiyalı astronomlar aşkar ediblər.

Bundan sonra amerikalı, yapon və avstraliyalı astronomlar da asteroidin Yerə yaxınlaşdığını təsdiqləyiblər.

Məşhur alim Leonid Yeleninanın sözlərinə görə, asteroid böyük olsa da planetimiz üçün təhlükəli deyil.


AzNews.az