100 yaşlı insan qəssabının cənazəsi ortada qalib


İtaliyada İkinci Dünya Müharibəsində cinayət törədən nasistlərin son nümayəndəsi olan Erich Priebke 100 yaşında vəft edib. Ev dustağı olan 100 yaşlı nasistin cənazəsi isə ortda qalıb. Belə ki, Priebkenin cənazə mərasimi Vatikan tərəfindən qadağan edilib. Belə bir şəraitdə 50 il yaşadığı Argentina da onun cəsədini qəbul etməyib. Alman ordusu İtaliyanı işğal etdiyi zaman Priebke Ardeatina çuxurunda 335 italiyalını güllələyib. Müharibədən sonra o, İtaliyadan qaçaraq Argentinada gizlənib. Uzun müddət gizləndikdən sonra 1994-cü ildə həbs olunaraq ev dustağı edilib. Bir il sonra isə İtaliyaya göndərilən hərbçi "Mən ancaq əmrləri yerinə yetirmişəm" deyərək məsuliyyətdən yaxasını qurtarmağa çalışıb. Məhkəmə qərarı ilə ömürlük həbs cəzası alan hərbçi 2007-ci ildə yaşı nəzərə alınaraq ev dustağı edilib. İtaliyalı hərbçi öldükdən sonra Vatikan tarixdə ilk dəfə olaraq bir dindarın cənazəsinin kilsədən götürülməsinə veto qoyub. Romanın bələdiyyə başqanı isə bildirib ki, onun şəhərdə və ya ətrafında dəfn edilməsi təhlükəlidir. Buna görə də bələdiyyə dəfn mərasimindən imtina edib. Argentina da cənazəni qəbul etməyib. 100 yaşlı insan qəssabının İtaliyda açıqlanmyan bir yerdə torpağa tapşırılacağı gözlənilir.

Elnarə
AzNews.az