- Köhnə - Maraqlı
- 13 Oktyabr 2013 21:11
- 2 982
Bu gecə klubu müştərilərini şoka salır
Bu məkanın qapısında istənilən gün məşhurların da arasında olduğu növbə var. Üstəlik nəzərə alın ki, bu məkana daxil ola bilmək üçün əvvəlcədən yer rezerv etdirmək lazımdir. Əks təqdirdə məkana daxil olmağı ağlınıza belə gətirməyin.
Bu gecə klubunun məşhurluğu onun özündən daha böyükdür. Hətta qiymətləri ölkə üçün yüksək məbləğ hesab edilsə də, Azərbaycanla müqayisədə elə də yüksək deyil.
Bu klubda lojanı tamamilə bağlatdıranlar üçün10 nəfərlik içki məclisi 300 manata başa gəlir. Azərbycanda belə şöhrətə malik klubda bu qiymət yəqin ki, 1000 manatdan aşağı olmaz. Bu klubda "Geey Goose" 130 manat, "Moet" şampanı 100 manat, "Dom Perignon" 300 manatdır.
Müştəriləri bu klubda ən çox narazı salan məqam isə ayaqyolunun bahalı olmasıdır. Məkanda tualet 50 sentdir. Əyləncəyə pul xərcləməkdən çəkinməyənlər tualetə ödənilən 50 senti olduqca baha hesab edərək dəfələrlə klub rəhbərliyinə şikayət ediblər.
Elnur
AzNews.az