Əsasən kliniki ölümü, ölüm öncəsi qalusinasiylara diqqət ayrılacaq Əsasən kliniki ölümü, ölüm öncəsi qalusinasiylara diqqət ayrılacaq

5 milyonluq cənnət və cəhənnəm araşdırması

Əsasən kliniki ölümü, ölüm öncəsi qalusinasiylara diqqət ayrılacaq


AzNews.az-ın Haber365.com-a istinadən verdiyi məlumata görə, ABŞ ın Kaliforniya Universitetində cənnət, cəhənnəm və bu ikisinin arasında olan Araf araşdırılacaq. 3 il davam edəcək araşdırmaya 5 milyon dollar vəsait ayrılıb. Xəbərə görə bu işə unversitetin çox məşhur fəlsəfə professorları cəlb olunacaq. Onların arasında məşhur professor Con Martin Fişherin də olduğu qeyd olunur.

"İmmortality Project" (Ölümsüzlük Layihəsi) adı verilən layihə çərçivəsində 2 konfrans təşkil olunacaq və internet səhifəsi yaradılacaq. Bu saytda ölümsüzlüklə bağlı informasiyalar yer almaqla bərabər digər əlaqəli mövzulara keçidlər də mümkün olacaq.

Layihə ilə bağlı fikrini bildirən Fişher deyib ki, onlar əsasən kliniki ölümü, ölüm öncəsi qalusinasiylar kimi mövzuları araşdıracaqlar və onun bioloji olub olmadığını dəqiqləşdirməyə və bütün elmi nəticələri sənədləşdirməyə çalışacaqlar. O , həmçinin əlavə edib ki, bu araşdırmalar sırf elmi mahiyyət daşıyacaq və araşdırmanın mövzusuna insanların yad planetlilər tərəfindən qaçrılması kimi iddiaların araşdırılması daxil edilməyəcək.

Sadiq

AzNews.az